Azerbaycan və Özbəkistan Arasındakı Münasibətlər
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarix, dil, din və mədəni dəyərlərə əsaslanan dərin qardaşlıq təməlləri üzərində qurulub. Son illərdə bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək çoxsahəli əməkdaşlıq müstvisində inkişaf etməkdədir. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya, humanitar əməkdaşlıqdan regional təhlükəsizlik məsələlərində ortaq mövqelərə qədər uzanan bu münasibətlər, Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət kəsb edir.
Azərbaycan və Özbəkistan münasibətləri son illərdə xüsusi dinamizm qazanmışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər, birgə imzalanan sənədlər və yaradılan institusional mexanizmlər strateji əməkdaşlığın əsas dayaqlarını formalaşdırmışdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2023-cü il iyulun 2-də Bakı şəhərinə rəsmi səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan liderləri – İlham Əliyev və Şavkat Mirziyoyev – Ali Dövlətlərarası Şuranın ikinci iclasının qərarını imzaladılar və müxtəlif sahələri əhatə edən mühüm sənədlərə qol çəkdilər. Rəsmi tədbirlərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə birgə mətbuata bəyanatla çıxış etdi, ölkənin dostluq və qarşılıqlı anlaşma ab-havasında bu tədbirin baş tutduğunu vurğuladı.
İlham Əliyev, "Bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir." söylədi. Dövlət başçısı, iki ölkə arasında müttəfiqlik fəaliyyətinin güclənməsi və beynəlxalq arenada fəal əməkdaşlığın əsasını qoyduğunu bildirdi.
İki ölkə arasındakı münasibətlər 1995-ci il oktyabrın 2-də qurulmuşdur. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlamışdır. Bu diplomatik platformada indiyə qədər 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın tamlığı möhkəmləndirilmişdir. 2022-ci ildə imzalanmış "Strateji tərəfdaşlığın dərinləşdirilməsi" sənədi xüsusilə seçilir.
Hazırda münasibətlər yalnız dostluq səviyyəsində deyil, həm də hərtərəfli və strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Strateji münasibətlərin ideya əsasları böyük siyasi uzaqgörənliklə hələ sovet dövründə qoyulmuşdur. 1970-ci illərdə Azərbaycanın rəhbəri Heydər Əliyev və Özbəkistanın o zamanki rəhbəri Səfir Rəsidov arasında şəxsi dostluq və qarşılıqlı hörmət əlaqələri bu gün də dərin hörmətlə yad edilir.
Tariximizin ağrılı səhifələrinə nəzər salsaq görürük ki, 1930-cu illərdən repressor dalğaları zamanı on minlərlə азərbaycanlı Özbəkistana sığınmış və orada yeni həyat qurmuşdur. Bu humanitar təmaslar hər iki xalqın bir-birinə mənəvi bağlılığını daha da gücləndirmişdir. 1966-cı ildə Daşkənddə baş vermiş dağıdıcı zəlzələ zamanı Azərbaycan xalqı öz humanist ənənəsinə sadiq qalaraq qardaş köməyini əsirgəməmişdir. Zəlzələdən sonra şəhərin yenidən qurulmasında azərbaycanlı mütəxəssislər, mühəndislər və tikinti işçiləri yaxından iştirak etmişdir.
Bu gün Özbəkistanda 70 mindən çox azərbaycanlı yaşayır və onlar ölkənin sosial, iqtisadi və ictimai həyatında fəal iştirak edirlər. Azərbaycan və Özbəkistan xalqları ortaq dini və dil kimliyinə malikdir. Hər iki xalq İslam dininə mənsub olaraq, yanısıra, türk dil qrupuna daxil olan dillərdə danışırlar. Məşhur Nizami Gəncəvi, Füzuli kimi dahi şairlərin irsi ortaq ədəbi-mədəni yaddaşı formalaşdırır.
Hər iki ölkə beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə sadiqdir. Özbəkistan, Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini daim dəstəkləyir. Bu, həm siyasi, həm də mənəvi dəstək kimi yüksək dəyərləndirilir. Azərbaycan və Özbəkistan, Mərkəzi Asiya və Cənubi Qafqazda sülhün və sabitliyin qorunması üçün ortaq mövqelər nümayiş etdirir.
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasındakı şəxsi dostluq və qarşılıqlı inam bu münasibətlərin əsas dayağıdır. Liderlər regionda sabitlik və Türk dünyasının birliyi naminə ardıcıl və məqsədyönlü addımlar atırlar. Dövlət başçılarının söyləri nəticəsində Azərbaycan-Özbəkistan əlaqələri regional və beynəlxalq əhəmiyyətli strateji əməkdaşlıq modelinə çevrilmişdir.
Hər iki ölkənin xarici siyasət kursu qarşılıqlı suverenliyin tanınması, ərazi bütövlüyünün dəstəklənməsi və daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulub. Bu, xüsusilə Qarabağ Zəfərindən sonra özünü daha qabardıqca göstərdi. 2020-ci ilin sonunda Şavkat Mirziyoyev, Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə dövlət başçımızı ilk təbrik edən liderlərdən oldu. Bundan sonra Özbəkistan tərəfdən Füzuli şəhərində məktəb tikintisi təşəbbüsü irəlilədilmişdir və 2023-cü il avqustun 23-də bu layihə icra olunaraq istifadəyə verildi. Mirza Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu gün iki qardaş ölkə arasında sarsılmaz birliyin nümunəsinə çevrilib.
Mətbuata bəyanatında Prezident İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib. Prezident İlham Əliyev, "Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub." söylədi.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor
```