Qaradag Rayon Icra Hakimiyy?tinin başçısı Süleyman Mikayilov, 05 sentyabr 2025-ci il tarixində Ələt qəsəbəsində sakinlərlə növbəti səyyar görüşünü keçirib.
Arazmedia.az xəbər verir ki, bu görüşdə Ələt qəsəbəsinin müxtəlif küçə və məhəllələrində yaşayan sakinlər, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Görüş, sakinlərin qaldırdığı məsələlərin operativ müzakirəsi və həlli üçün əlverişli şərait yaratmışdır.
Görüşdə ümumilikdə 70-ə yaxın qəsəbə sakini iştirak edib. Onlardan 11 nəfəri fərdi qaydada Rayon Icra Hakimiyyətinin başçısı Süleyman Mikayilov tərəfindən dinlənilib. Sakinlərin müraciətləri əsasən qəsəbənin kommunal təsərrüfatı, infrastruktur problemləri, məşğulluq və sosial məsələlərlə bağlı olub, həmçinin müxtəlif xarakterli müraciətlər də müzakirə olunub. Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə müzakirələr aparılıb və bəzi müraciətlər dərhal həllini tapıb.
Digər məsələlərin icrası ilə bağlı isə müvafiq qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Rayon Icra Hakimiyyətinin başçısı vurğulayıb ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir. Sakinlər, dövlət başçısının və hökumətin əhalinin rifahına göstərdiyi diqqət və qayğıyı yüksək qiymətləndirərək problemlərin həlli yönəlmiş tədbirlərdən razılıqlarını ifadə ediblər.
Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya gündəlik həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlara görə təşəkkürlərini bildiriblər. Qeyd edək ki, Qaradag Rayon Icra Hakimiyyətinin başçısı Süleyman Mikayilov tərəfindən mütəmadi olaraq müxtəlif qəsəbə və yaşayış məntəqələrində sakinlərlə səyyar görüşlər keçirilir.
Bu görüşlərin əsas məqsədi əhalinin problemlərinin yerində öyrənilməsi, onların həllinə operativ yanaşma və sakinlərlə dövlət qurumları arasında birbaşa ünsiyyətin təmin olunmasıdır. Belə görüşlər, rayonun inkişafı və sakinlərin sosial rifahı naminə həyata keçirilən tədbirlərin effektivliyini artırmağa yönəlib.