"Günəş panelləri ərazisində gənclərin istismarı"

Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən və yerli əhali arasında “günəş panelləri” kimi tanınan ərazidə baş verən hadisələrlə bağlı ciddi iddialar gündəmə gəlib

Qaradag rayonunun Ələt qəsəbəsində gənclərin qeyri-qanuni istismarı iddiası

Qaradag rayonunun Ələt qəsəbəsində, yerli əhali arasında "günəş panelləri" kimi tanınan ərazidə baş verən hadisələrlə bağlı ciddi iddialar gündəmə gəlib. Məlumatlara görə, bu ərazidə bir qrup gənc, o cümlədən 17-18 yaşlı şəxslər, qeyri-qanuni şəkildə əmək fəaliyyətinə cəlb olunub. Bu gənclərin iş müqaviləsi olmadan işlədildiyi, zəhmət haqqının isə ya gecikdirildiyi, ya da müxtəlif bəhanələrlə ümumiyyətlə ödənilmədiyi bildirilir.

İddialarda qeyd olunur ki, əyləşdirilmə və müqavilə imzalanmadan işə götürən tərəf, işçilərlə qeyri-rəsmi münasibətlər quraraq, ödənişlərlə bağlı vədlər versə də, sonradan bu vədlər yerinə yetirilmir. Müxtəlif şəraitlərlə işçilərin əlaqə saxlaması çətinləşdirilir, zənglərinə cavab verilmədiyi və prosesin uzadıldığı iddia edilir. Bu hallar, yalnız sosial ədalətsizlik deyil, həm də qüvvədə olan əmək qanunvericiliyinin kobud şəkildə pozulması kimi qiymətləndirilir.

Ekspertlər isə bildirirlər ki, 18 yaşına çatmayan şəxslərin əmək fəaliyyətinə cəlb olunması xüsusi qaydalarla tənzimlənir və bu qaydaların pozulması inzibati və hətta cinayət məsuliyyəti yarada bilir. Eyni zamanda, iş müqaviləsi olmadan işçi çalışdırmaq və əmək haqqını ödənməmək qanunvericiliyə ziddir və ciddi hüquqi nəticələr doğurur. Bu kontekstdə, yerli sakinlər və zərərə uğrayanlar aidiyyəti dövlət qurumlarını məsələyə dərhal reaksiyaya verməyə çağırır.

Onlar hesab edirlər ki, baş verənlər obyektiv şəkildə araşdırılmalı, qanun pozuntularına yol verən şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır. Məlumatlara görə, hələlik məsələnin ictimaiyyətə məhdud şəkildə təqdim edilməsinə baxmayaraq, problemin həll olunmaması halında daha geniş faktlar, sübutlar və konkret detalların açıqlanması mümkündür.

Mövzu ilə bağlı rəsmi qurumların mövqeyi olarsa, dərhal dərc etməyə hazırıq.

Arazmedia.az

Mənbə: Ələt qəsəbəsində gənclərin qeyri-qanuni istismarı iddiası: "Günəş panelləri" ərazisində baş verənlər araşdırılmalıdır

ÖNCEKİ HABER

"Günəş panelləri ərazisində gənclərin istismarı"

SONRAKİ HABER

"Sahbuzda qazi ailələrinə problem yaşanır!"