Prezident Ilham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Arazmedia.az-ın xəbərinə görə, bu mərhələdə Xocalı rayonunun Xanabad kəndinə 10 ailə – 31 nəfər, Təzəbinə kəndinə 9 ailə – 39 nəfər, Badara kəndinə 6 ailə – 24 nəfər, Daşbulaq kəndinə 2 ailə – 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə – 5 nəfər, Ağdam rayonunun Aşağı Orataq kəndinə 10 ailə – 34 nəfər, Vəngli kəndinə 6 ailə – 26 nəfər, Həsənriz kəndinə 6 ailə – 17 nəfər, Kolataq kəndinə 3 ailə – 19 nəfər, Cəbrayıl rayonunun Sükürbəyli kəndinə isə 12 ailə – 55 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər, hər tərəfli dövlət qayğısı ilə qarşılandıqına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edərək, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, doğma yurda köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu prosesin davam etməsi və köçəri ailələrin yeni yaşayış yerlərinə inteqrasiya olunması üçün müvafiq dövlət orqanları tərəfindən lazımi tədbirlər həyata keçirilir. Bütün bunlar, vətənə dönənlərin sosial ehtiyaclarının ödənilməsi və onların yeni şəraitdə uyğunlaşmasına yönəlib.