"FHN-dən isti hava ilə bağlı təhlükəsizlik çağırışı"

Fövqəladə Hallar Nazirliyi həftəsonu gözlənilən isti hava şəraiti ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi, həftəsonu gözlənilən isti hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib.

Arazmedia.az-a istinadən xəbər verilir ki, nazirlikdən vətəndaşlara yönələn müraciətdə Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu həftəsonu cümə və bazar günlərində ölkə üzrə havanın temperatura yüksələcəyi və bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir.

Belə hava şəraitində kiçik ehtiyatsızlıq və diqqətsizlik, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər. Eyni zamanda, isti havalardan qorunmaq məqsədilə məişət cihazlarına (kondisioner və s.) tələbatın artması elektrik naqillərinin yüklənməsinə və nəticədə qısaqapanmaya səbəb olma riskini artırır.

Bununla bağlı, Fövqəladə Hallar Nazirliyi, yüksək temperaturun yanğın risklərini artırdığını nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. Evlərdə və iş yerlərində elektrik sistemləri yüklənməməli, elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyəti yoxlanılmalı, aşkarlanan qüsurlar dərhal aradan qaldırılmalıdır. Meşə sahələrində, xirmanlarda, ot tayaları toplanan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə edilməməli və siqaret çəkilməməlidir.

Həmçinin, meşə sahələrinə yaxın ərazilərdə yaşayan və təbiət qoynunda istirahət edən vətəndaşlar nəzərə almalıdırlar ki, meşəlikdə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalmalıdır. Bunun üçün ərazinin yanğın təhlükəsizliyi qiymətləndirilməli, ağac altı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazilər seçilməlidir. Tonqalın ətrafındakı otlar 0.5-1 metr radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqal yandırmaq qadağandır.

Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükə yaradır!

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edir.

Mənbə: Nazirlik istilərlə bağlı əhaliyə müraciət etdi

ÖNCEKİ HABER

Xəzərdə batmış üç nəfərin axtarışı davam edir

SONRAKİ HABER

Sumqayıtda 1700 abonentin qazı kəsiləcək!