Bas Dövl?t Yol Polisi Idar?si (BDYPI), 2026-cı il iyul ayının 25-dən 29-na qədər Azərbaycanda gözlənilən isti hava şəraiti ilə əlaqədar olaraq sürücüləri daha diqqətli olmağa çağırıb. BDYPI, sürücülərin sağlamlıqlarını və nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etmələrini tövsiyə edir.
Arazmedia.az xəbər verir ki, BDYPI bu haqda məlumat yayıb. İdarə, yüksək temperaturun sürücülərdə diqqətin azalmasına, tez yorulmaya, reaksiya müddətinin uzanmasına və sağlamlıqda qəfil narahatlıqların yaranmasına səbəb ola biləcəyini vurğulayıb. Bu, yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.
BDYPI, xüsusilə yaşlı sürücülərə, ürək-damar, arterial təzyiq, şəkərli diabet və digər xroniki xəstəlikləri olan şəxslərə günün ən isti saatlarında zərurət olmadıqca səyahətə çıxmamalarını tövsiyə edir. Digər sürücülər isə aşağıdakı məsləhətləri nəzərə almalıdırlar:
- Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə soyutma və havalandırma sistemlərinin, təkərlərin və kondisionerin vəziyyətini əvvəlcədən yoxlamaq;
- Uzun müddətli səyahətlər zamanı mütəmadi fasilələr verərək istirahət etmək;
- Özlərində halsızlıq, başgicəllənmə, yuxululuq və ya digər narahatlıq hiss etdikdə hərəkəti dayandırmaq;
- Sürət hədinə riayət etmək;
- Riskli manevrlərdən çəkinmək;
- Azyaslı uşaqları avtomobildə nəzarətsiz saxlamaqdan çəkinmək;
- Günəş altında qalmış nəqliyyat vasitəsini hərəkətə başlamazdan əvvəl havalandırmaq.
BDYPI bütün sürücüleri hava şəraitini nəzərə almağa, səyahətlərini imkan daxilində günün nisbətən sərin saatlarına planlaşdırmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyacaq davranışlardan çəkinməyə çağırır.
Mənbə: BDYPI isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi