Ana Dilimizin Qorunması Üçün Tədbir Keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dilinin qorunması, inkişafı və təbliği istiqamətində imzaladığı Fərman və Sərəncamlardan irəli gələn vəzifələrin icrası çərçivəsində, 31 iyul 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının və Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin Azərbaycan dilinin qorunması, inkişafı və tədqiqi istiqamətində imzaladığı Fərman və Sərəncamlardan irəli gələn vəzifələrin icrası çərçivəsində, 31 iyul 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının və Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Səhərsalma və Memarlıq İli" çərçivəsində 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş maariflendirici tədbir keçirilib.

Arazmedia.az xəbər verir ki, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin Qaradağ rayonundakı abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Azərbaycan dilinin tarixi inkişaf yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov ana dilimizin milli kimliyimizin əsas sütunlarından biri olduğunu vurğulayıb.

YAP Qaradağ Rayon Təşkilatının sədri Ilqar İlyasov, Milli Məclisin deputatı, professor Vüqar Rəhimzadə, professor Rüfət Hüseynzadə, ADPU-nun dosenti Sultanəli Qurbanov və Lökbatan Tibb Mərkəzinin direktoru, professor Elçin Hüseynov çıxışlarında Azərbaycan dilinin dövlət dili kimi keçdiyi inkişaf yolundan, milli-mənəvi dəyərlərimizin qorunmasındakı rolundan və gənc nəsilin milli ruhda tərbiyəsində əhəmiyyətindən danışıblar.

Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilimizin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Tədbirin sonunda Emil Abbasov ana dilinə sevgi və hörmətin möhkəmləndirilməsində belə maariflendirici tədbirlərin mühüm rol oynadığını qeyd edib. Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.

Mənbə: Qaradagda ana dilimizin qorunmasına həsr olunmuş tədbir keçirilib

ÖNCEKİ HABER

"2026 Avqustda Dövlət İmtahanı: Qeydiyyat Açıq!"

SONRAKİ HABER

Bakıda Yalnız İki İstiqamətdə Tıxac Yaranıb!